- Digər xəbər və məqalələr

Azərbaycanın hərbi birləşmələri Şuşanın 5 kilometrliyindədir!

Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan soydaşlarını Şuşa şəhərinin müdafiəsinə gəlməyə çağırıb.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə Arutyunyan deyib ki, Azərbaycan qüvvələri Şuşa istiqamətində ciddi hərbi resursları cəmləşdirirlər.

O oktyabrın 29-da etdiyi müraciətdə bildirir:

“1992-ci ildə bizim müzəffər yürüşümüz Şuşanın azad edilməsindən baюlandığı kimi, bugün də bizim qələbəmizi Şuşanın müdafiəsi şərtləndirir”.

Araik Arutyunyanın sözlərinə görə Azərbaycanın hərbi birləşmələri Şuşa şəhərinə yaxınlaşıb:

“Düşmən cəmi bir neçə kilometrlikdə, ən uzağı 5 kilometrlik məsafədədir və onun məqsədi Şuşanı tutmaqdır. Məlumdur ki, Şuşa kimdədirsə, Artsax (Dağlıq Qarabağ) da ondadır. Mən istərdim ki, bunu hamımız dərk edək. Təkcə sözdə dərk etməyək. Şuşanın müdafiəsində birbaşa iştirak edək”.

Separatçı rejimin başçısı daha sonra bildirir:

“Artsaxın ali baş komandanı kimi mən bir daha çağırış edirəm: birləşin, gəlin birlikdə Şuşamızı, Artsaxımızı, milli ləyaqətimizi müdafiə edək”.

Arutyunyan bildirir ki, onun bu müraciəti “panika deyil və o, əksinə qələbəyə hər vaxt olduğundan artıq inanır”.

Azərbaycanın hərbi komandanlığı Arutyunyanın çağırışı ilə bağlı heç bir şərh verməyib.

Mənbə:>>

20 thoughts on “Azərbaycanın hərbi birləşmələri Şuşanın 5 kilometrliyindədir!

  1. Definitely believe that which you said. Your favorite reason seemed to be on the net the easiest thing to be aware of. I say to you, I certainly get irked while people think about worries that they plainly do not know about. You managed to hit the nail upon the top as well as defined out the whole thing without having side effect , people can take a signal. Will probably be back to get more. Thanks

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.