- Digər xəbər və məqalələr

Petisiya – Prof. Dr Perviz Abbasova azadlıq

Koronavirus xəstələrindən rüşvət alması ittihamı ilə 22 mart 2021-ci il tarixdə həbs edilmiş Bakıdakı “Yeni klinika” tibb müəssisənin direktoru Pərviz Abbasovun azadlığa buraxılması üçün internet üzərindən “Prof. Dr Perviz Abbasova azadlıq” başlıqlı petisiya imzalanır.

Petisiyada heç bir tələb, yaxud xahiş irəli sürülməyib, sadəcə qeyd olunub ki, “Nüfuzlu Beynəlxalq Tibbi cəmiyyətlərin üzvü olan gənc cərrahımızın karyerası məhv olmasın. Onun rüşvət aldığına inanmırıq“.

Petisiya kompaniyasını Şahin Əzizov adlı təşkil edib və 1500 imza topladıqdan  sonra müraciətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək niyyətindədir.

26 aprel tarixinədək petisiyanı 1000-dən çox şəxs imzalayıb.

Paralel olaraq, bəzi saytlarda Pərviz Abbasovun heç kimdən rüşvət almaması, kabinetində cəmi 600 manat pulun tapılması, çəkiliş zamanı isə masanın üzərinə düzülmüş pulların ona aid olmaması, nümayiş etdirilən pul siyahısının onun tərəfindən tərtib edilməməsi, xəttin ona aid olmaması da idda olunur.  Həmçinin, onun səhiyyə naziri vəzifəsinə gözlənilən təyinatının qarşını almaq üçün həbs edildiyi vurğulanır (bax: Yeni Klinikanın direktoru səhiyyə naziri olacaqmış – Pərviz Abbasovun həbs gizlinləri     –  (arxiv verdiyası) . Təbii ki bu iddiaları dəstəkləmək fikrində deyilik, amma rədd etmək niyyətimiz də yoxdur.  Sadəcə, bunu qeyd etməyi özümüzə borc bilirik ki, indiki zamanda heç bir dövlət xəstəxanasının baş həkimi təmiz işləyə bilməz, təmiz işləməyə çalışarsa ən yaxşı halda bu sözləri eşidəcəkdir: “bacarmırsansa, ərizəni yaz, işdən çıx!” . Yeri gəlmişkən əlavə edək ki, “bacarmırsansa” sözünü burada, “bizim haqqımızı verə bilmirsənsə” mənasında başa düşmək lazımdır.

A.Məmmədov