- Digər xəbər və məqalələr

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ləğv edilməsinin səmərəliliyi ilə bağlı təklif

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova,
Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovaya.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yeni yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi əvvəlki təsisat kimi korrupsiyanı əldə rəhbər tutduğundan Azərbaycanda medianın inkişafı üçün bir addım belə atmaq qabiliyyətinə malik deyil.

Əvvəlki kimi məktublara, sorğulara cavab verilmir, hər məktub üçün 70 dəfə telefon zəngi etdikdən sonra (telefonlarını da ləğv ediblər!!!) ola bilər ki, bəlkə cavab versinlər, amma yazdıqları cavab ola bilsin ki, yalnız sayaqlamalardan ibarət olsun. Məndə olan məlumatlara görə, hansı ki Agentlik təmsilçiləri də bunu təkzib etmirlər, Agentlikdən göndərilən bütün cavab məktubları Prezident Administrasiyasında hazırlanır, yəni Vüqar Səfərlinin dövründə olduğu kimi, indi də Agentliyin kiməsə cavab vermək səlahiyyəti yoxdur…

Medianın İnkişafı Agentliyi medianın inkişafına dəstək göstərməli olduğu halda, əslində qeyri-qanuni yollarla, çirkli pullarla maliyyələşən media vasitələrinə maliyyə yardımı ayırmaqla məşğuldur. Medianı bazarla dəyişik salıblar, bu gerizəkalıların hazırladığı qanun layihəsinə görə (utanıb-qızarmadan televiziyada bəyan ediblər!) jurnalist gündəlik çörəyi jurnalistikadan çıxanlara, jurnalistika ilə çörəkpulu qazananlara deyilir?! Bəli, bu gerizəkalılar, bunu Azərbaycanda qanun kimi qəbul etdirmək istəyirlər!!! Onların düşüncəsinə görə, media bazardır, “məşuqə biznesi”dir, başqa heç nədir…).

Mən sorğu göndərmişəm ki, “Sizin müsabiqəyə buraxılan saytların müsabiqədə iştirak edənədək maliyyə mənbəyi nə, yaxud kim olub? Bir sayt üçün ayda təxminən 1000 manat civarında pulu kim ödəyib və hansı məqsədlə ödəyib? Əgər həmin saytın qanuni, yaxud qeyri-qanunu sponsoru varsa, leqal pul olsun, çirkli pul olsun, dövlət niyə həmin sayta yardım etməlidir?”. Bu sualıma cavab gəlməyib hələ.

30 ildir media sahəsində aktiv fəaliyyət göstərirəm, qəzet və bir neçə sayt redaktoruyam. Amma nə mən özüm, nə saytlarım, nə qəzetlərim bunların müsabiqəsində iştirak edə bilmərik. Heç bizi qeydə də almırlar, nəinki müsabiqəyə buraxmaq. Amma hansısa rekert qəzet sahibinin vəsiqə verdiyi “jurnalist” müsabiqəyə qatıla bilər, heç bir problem yoxdur. Kimsə imkanlı bir şəxs, yaxud dövlət pulunu mənimsəyən bir korrupsioner öz məşuqəsi üçün sayt açıbsa və həmin saytı maliyələşdirirsə, həmin sayt da müsabiqəyə qatıla bilər və hətta asanlıqla dövlət yardımı ala bilər, alır da. Kimin pulu yoxdursa, hamisi yoxdursa yeni qanun layihəsinə görə jurnalist hesab edilmir?! Belə şeylərlə Azərbaycanda media inkişaf edə bilərmi? Təklif edirəm ki, qurumun fəaliyyətindəki qeyd etdiyim korrupsiya faktlarına, vəzifəli şəxslərin hərəkətsizliyinə və s. şeylərə diqqət yetirilsin. Medianın İnkişafı Agentliyi ləğv edilsin, bu halda media Azərbaycanda normal inkişaf edərdi məncə və Azərbaycan mediasının “məşuqə biznesi”nə çevrilməsini dayandırmaq olardı.

Hörmətlə, Aydın Məmmədov,

“Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin, https://ipekchi.info/ saytının,

Şəki Ensiklopediyasının (https://shaki.info/) baş redaktoru.

Telefon: 055 793 23 83

Ünvan: Şəki, Z.Bünyadov, ev 33.

Bir cavab yazın