- Digər xəbər və məqalələr

Azərbaycanda çörəyin qiyməti bahalaşdı!

Bu gün, sentyabrın 15-də Bakıda mağaza və marketlərə üz tutan alıcılar bir çox ərzaq məhsullarının bahalaşması ilə qarşılaşıblar.

Bahalaşan ərzaq məhsulları arasında çörək də var.

Əvvəllər 45 qəpiyə satılan çörəyi indi 60 qəpiyə almaq olur. Çörəkdən başqa, şəkər tozunun, süd tozunun, kofenin və makaronların qiymətlərində də artım görünür.

Alıcılar AzadlıqRadiosuna deyiblər ki, kiloqramı 1 manat 19 qəpiyə olan şəkər tozu, artıq 1 manat 25 qəpiyə yüksəlib. Kofelərin qiymətlərində isə artımın daha çox 15 faiz olduğu bildirilir.

Mənbə:>>

Bir cavab yazın