- Digər xəbər və məqalələr

Gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı Elvin Nurinin tərcümeyi-halı

28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş “Yollar qaytarar səni” adlı birpərdəli pyes ilk dəfə olaraq tamaşaya qoyulmuşdur. Tamaşada Vətən müharibəsi vaxtı hərbi xidmətdə olmuş Ümid adlı gəncin anasının və nişanlısının narahatçılığı, arzuları, ümidləri və xəyalları, müharibənin insanlara gətirdiyi faciələr ən incə detallarınadək tamaşaçılara çatdırılılmağa çalışılır. Azərbaycan Ordusunun qələbə əzmidən, mübarizliyindən bəhs olunur.

Tamaşada rolları Xalq Teatrının aktyorları Jalə Abdullayeva, Rəşad Rüstəmov, Aytən Xəlilzadə, Şahmar Əsədov, Natiq Məmmədov və başqaları yüksək aktyor məharəti ilə oynadılar.

Tamaşanın rejissoru Elvin Nüsrətoğlu, pyesin müəllifi isə 22 yaşlı gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı Elvin Nuridir. Elvin Nuri Bakı Xoreoqrafiya Akademiyasında quruluşçu xoreoqraf ixtisası üzrə subbakalavr,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə aktyor sənəti ixtisası üzrə bakalavr təhsili alıb  və hal-hazırda bu universitetdə dram rejissoru ixtisası üzrə bakalavr təhsil alır. Aşağıda onun tərcümeyi halını təqdim edirik:

 

Tərcümeyi-hal

Ad: Elvin

Soyad: Nuri

Ata adı: Elşən.

Doğum tarixi: 15 İyul 1999.

Doğulduğu yer: Azərbaycan Respublikası, Şəki şəhəri.

Təhsil: Bakı Xoreoqrafiya Akademiyası (subbakalavr pilləsi, “Quruluşçu    xoreoqraf” ixtisası).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (bakalavr pilləsi, Aktyor sənəti ixtisası, IV kurs).

Peşə:  Şair-dramaturq, yazıçı, rejissor, tərcüməçi, bədii qiraətçi, baletmeyster-xoreoqraf.

2016-2017-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin müdavimi olmuşdur.

Təltifləri:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Bölgələrdən səslər-3” layihəsi çərçivəsində fəal iştirakına görə, Fəxri Fərmanla təltif olunur (Bakı-29.06.2017).

Azərbaycan Yazıçılar Birliyi III Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyələndiyinə görə Diplomla təltif olunur (2018).

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin 2 Fevral – “Azərbaycan Gənclər Günü” münasibətilə və Dövlət Gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə Fəxri Fərmanla təltif olunur (31 Yanvar 2019-cu il).

Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı və 2019-cu il “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbirin təşkili və keçirilməsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunur (20.06.2019).

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi Azərbaycanın klassik şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “İki cahana sığmayan ömür” adlı ədəbi-bədii gecədə yüksək səviyyədə iştirakına görə Fəxri Fərmanla təltif olunur (Bakı şəhəri, 05.12.2019).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keçirdiyi “#EVDƏ QAL, ŞEİR SÖYLƏ” adlı IV Bədii qiraət müsabiqəsinin diplomantı (2020).

1 şeir kitabının, 2 mənsur şerin, 2 poemanın, 13 pyesin, 2 ssenarinin,  eyni zamanda 2000-dən çox şerin müəllifidir.

“Baharla bir gəldin ömrümə mənim…” adlı ilk kitabı 2018-ci ildə “Mütərcim” nəşriyyatında çap olunmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəhbərlik tərəfindən təqdimatı keçirilmişdir (18 Dekabr 2018). Kitaba 100-dən çox şeir, “Dilənçi qadın” adlı poema daxil edilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlının quruluş verdiyi “Məlikməmməd” tamaşasının xoreoqrafı olmuşdur (1 İyun 2017).

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə nəşr olunan “Gənc Yazarların Vətənpərvərlik Mövzusunda Şeirlər Toplusu”nda (2017), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə nəşr olunan “Bölgələrdən səslər-3” kitabında (2017), “Şəkidən gələn səslər” toplusunda (2018), “525-ci qəzet”də (2019), İranda nəşr olunan “Ədəbi körpü” jurnalında (2019) əsərləri çap olunmuşdur.

Tuncər Cücənoğlunun xatirəsinə həsr olunmuş “Xatirələrə köçən sənətkara məktub” adlı yazısı “Teatro.az” saytında, “Kaspi” və “525-ci qəzet”də nəşr olunmuşdur (24, 25 İyun 2020 saylarında).

Tuncər Cücənoğluya həsr etdiyi “Xatirələrə köçən sənətkara məktub” adlı yazısı Türkiyədə – İstanbulda “Tiyatro” qəzetində nəşr olunmuşdur  (Temmuz, 2020 sayında; İyul, 2020).

“Məhkum 417” adlı 1 hissəli psixoloji oyun janrında yazılmış pyesi manera.az saytında nəşr olunmuşdur  (31.03.2021).

“Türkiyəm” adlı şeri Türkiyənin “Son nokta…haber” qəzetində nəşr edilmişdir  (25.04.2021).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissoru” ixtisasının tələbəsi Elmar Məlikov Elvin Nurinin “Relsindən çıxmış qatar” psixoloji-mono dramını tamaşaya qoymuşdur (2019).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ruslan İsmayılovun makalı oyun üslubunda qurduğu fransız dramaturqu P.O.K. Bomarşenin “Fiqaronun toyu” 2 hissəli tamaşasında Bazil obrazını ifa etmişdir  (2019).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ruslan İsmayılovun quruluş verdiyi klassik rus dramaturqu N. V. Qoqolun “Qumarbazlar” pyesində Aleksey obrazını ifa etmişdir. (iyun, 2019).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ruslan İsmayılovun psixobioqrafik qarabasma janrında quruluş verdiyi Qurban Səidin “Əli və Nino” tamaşasında Arslan ağa obrazını ifa etmişdir (yanvar, 2020).

Bakı Xoreoqrafiya Akademiyasında Xalq yazıçısı İlyas Əfəndiyevin 103 illiyinə həsr olunmuş “Siz həmişə bizimləsiz” ədəbi-bədii gecənin ssenari müəllifi, rejissoru, iştirakçısı olmuşdur  (may, 2017).

Novruz Bayramı münasibətilə hazırlanmış, ölkə prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilmiş Respublika tədbirində iştirak etmişdir (2015; 2016; 2017-ci illər).

Bakı Xoreoqrafiya Akademiyasında Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesində Oqtay Eloğlu obrazını yaratmışdır (Dekabr, 2015).

Bakı Xoreoqrafiya Akademiyasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesində Hatəmxan ağa obrazını yaratmışdır (may, 2015).

Bakı Xoreoqrafiya Akademiyasında Mirzə Fətəli Axundzadəyə həsr edilmiş gecədə Axundzadənin obrazını yaratmışdır  (may, 2015).

Bakı Xoreoqrafiya Akademiyasında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” pyesində Ayaz Turan obrazını ifa etmişdir. Rejissor: Leyla Zülfüqarova (iyun, 2017).

Bakı Xoreoqrafiya Akademiyasının Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrünü xalqına bəxş edən lider” ədəbi-bədii kompazisiyasında qiraətçi kimi çıxış etmişdir. Quruluşçu baletmeyster: Xalq Artisti, Prezident mükafatçısı Yusif Qasımov (dekabr, 2016; 2017).

İslam Həmrəylik oyunlarına həsr olunan rəqs-tamaşada iştirak etmişdir. Baletmeyster: Xalq Artisti, Prezident mükafatçısı Yusif Qasımov; Bədii rəhbər: Xalq Artisti, Prezident təqaüdçüsü Təranə Muradova (iyun, 2017).

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş “Şair kimi yox, şeir kimi ölmək istəyirəm…” adlı ədəbi-bədii gecədə bədii qiraətçi kimi çıxış etmişdir. Quruluşçu rejissor: Gümrah Ömər (20.11.2019; Beynəlxalq Muğam Mərkəzi).

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecəsində bədii qiraətçi kimi çıxış etmişdir (29.11.2019; Bakı).

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının 1-ci FORUMUnun bədii hissəsində bədii qiraətçi kimi çıxış etmişdir (01.02.2020; Bakı;  Beynəlxalq Muğam Mərkəzi).

Elvin Nurinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi M. F. Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində “Yenə bu şəhərdə üz-üzə gəldik…” adlı bədii qiraət axşamı keçirilmişdir (26 Avqust 2020, Şəki).

“Zirvədəki Azərbaycanlılar” kitabında Elvin Nuriyə həsr olunmuş geniş avtobioqrafik məqalə nəşr olunmuşdur (2021).

Elvin Nurinin II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “Yollar qaytarar səni…” pyesi M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzində tamaşaya qoyulmuşdur (quruluşçu rejissor: Elvin Nüsrətoğlu; 28.09.2021).

 

Nəşr olunan kitabları :

  1. “Baharla bir gəldin ömrümə mənim…” /Şeirlər və poema/ (2018, “Mütərcim” nəşriyyatı)

Poemaları :

  1. “Dilənçi qadın” (2016)
  2. “Şəki dağlarına aparın məni…” (2017)

Pyesləri :

  1. “Kosanın bayram sərgüzəşti” /3 şəkilli nağıl-pyes/ (2013)
  2. “O dağlar gözləyir bizi…” /2 hissə, 11 şəkilli mənzum dram/ (2015)
  3. “Sən də günahkarsan, mən də günahkar” /2 hissə, 12 şəkilli lirik-psixoloji dram/ (2015)
  4. “Xatırlasan, baxarsan…” /20 şəkilli lirik-psixoloji dram/ (2015)
  5. “Zalım qar kraliçası” /7 şəkilli qış nağılı/ (2015)
  6. “Pişiyin evi” /1 hissə, 9 şəkilli nağıl-pyes/ (2016)
  7. “Oğurlanmış baharın axtarışı” /5 şəkilli Novruz nağılı/ (2016)
  8. “Relsindən çıxmış qatar” /1 hissəli psixoloji mono-dram/ (2018)
  9. “Məni bağışlayın…” /2 hissəli lirik-psixoloji dram/ (2019)
  10. “Göy qurşağında Novruz macərası” /9 şəkilli nağıl-pyes/ (2020)
  11. “Məhkum 417” /1 hissəli psixoloji oyun/ (2020)
  12. “Sülh elçisi” /Proloq və epiloqlu, 7 şəkilli nağıl-pyes/ (2020)
  13. “Yollar qaytarar səni…” /kiçik pyes/ (2021)

Ssenariləri :

  1. “Tanrı bizə ömür verdi…” /Xalq şairi Ramiz Rövşənlə görüş üçün ssenari/ (2019)
  2. “Haqq mənəm, Haqq məndədir…” /İ. Nəsiminin 650 illiyinə həsr olunub/ (2019)
  3. “Olmuş əhvalat?!..” /Qısametrajlı film üçün ssenari/ (2021)

Mənsur şeirləri :

  1. “Məni də apar, payız…” (2019)
  2. “Bilirsənmi?..” (2019)

Düşüncələri :

  1. “Dərviş bu dəfə Parisi yox, Notr-Damı “partlatdı” və ya “Notr-Dam hüznü” (Notr-Dam kilsəsinin yanması haqda düşüncələr) (2019) (Həmin il “525-ci qəzet”də nəşr olunmuşdur.)
  2. “Taleyi başıbəlalı toy” (2019) (Həmin il manera.az saytında nəşr olunmuşdur)
  3. “Xatirələrə köçən sənətkara məktub” (Tuncər Cücənoğlunun vəfatının 1 illiyinə, xatirəsinə həsr olunmuşdur) (2020)

Redaktorluğu : 

Teatrşünas alim, sənətşünaslıq doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi İlham Rəhimlinin “7 sənət aşiqi” kitabı. (2020)

Tərcümələri :     

/Türk dilindən/

  1. Rafik Xalid Karay “Kəklik” (“Keklik”) hekayəsi (2014)
  2. Qəhrəman Qılıncarslan “Dinlə, Ankara!..” (“Dinle Ankara”) şeirlər kitabı (2014)
  3. Özləm Aytək “Bacılar” (“Kız Kardeşler”) hekayəsi (2014)
  4. Nikolay Vasilyeviç Qoqol “Qumarbazlar” (“Kumarcılar”) pyesi /türkcədən/ (2019)
  5. Tuncər Cücənoğlu “Müəllim” (“Öğretmen”) pyesi (2019)
  6. Tuncər Cücənoğlu “Dalan” (“Çıkmaz sokak”) pyesi (2019)
  7. İgid Sərtdəmir “444” pyesi (2020)
  8. Tuncər Cücənoğlu “Ziyarətçi” (“Ziyaretçi”) pyesi (2020)
  9. Rahim Daş “Dəli qız” (“Deli kız”) pyesi (2020)
  10. Tuncər Cücənoğlu “Bircə kasıb olsaydım…” (“Ah, bir yoksul olsam!”) pyesi (2020)
  11. Tuncər Cücənoğlu “Fosforlu Cevriyə” (“İstanbul küçələri”) (“Fosforlu Cevriye”/ “İstanbul sokakları”) pyesi (2020)
  12. Tuncər Cücənoğlu “Brut və ya Yuli Sezarın qətli” (“Brutus ya da Jul Sezarın katli”) pyesi (2020)
  13. Pərvin Ünalp “Spiral” (“Helezon”) pyesi (2020)
  14. Tuncər Cücənoğlu “Qadın sığınacağı” (“Kadın sığınağı”) pyesi (2020)
  15. Tuncər Cücənoğlu “Neyzən Tevfikin qəmli komediyası” (“Neyzen Tevfikin acıklı güldürüsü”) pyesi (2020)
  16. Tuncər Cücənoğlu “Qaçış” (“Kaçış”) radio-pyesi (2021)
  17. Tuncər Cücənoğlu “Papaq” (“Şapka”) pyesi (2021)
  18. Tuncər Cücənoğlu “Tunel əhvalatı” (“Tünel hikayesi”) pyesi (2021)
  19. Bertold Brext “Sezuanlı xeyirxah adam” (“Sezuan`ın iyi insanı”) pyesi /türkcədən/ (2021)
  20. Tuncər Cücənoğlu “Qumarbazlar” (“Kumarbazlar”) pyesi (2021)

Librettoları :

  1. Eldar Mansurovun “Yol” musiqisinə hazırlanmış rəqs-kompazisiya üçün libretto (2020)

Layihə :

  1. “Ədəbi irs” (bədii qiraət müsabiqəsi) (2021)

Canlandırdığı obrazlar :

  1. Mirzə Fətəli Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah” pyesində Hatəmxan ağa. (Bakı Xoreoqrafiya Akademiyası, may, 2016)
  2. Cəfər Cabbarlı “Oqtay Eloğlu” pyesində Oqtay Eloğlu. (Bakı Xoreoqrafiya Akademiyası, dekabr, 2016)
  3. İlyas Əfəndiyev “Sevgililərin cəhənnəmdə vüsalı” pyesində Ayaz Turan. (Bakı Xoreoqrafiya Akademiyası, iyun, 2017)
  4. İlyas Əfəndiyev “Mahnı dağlarda qaldı” pyesində Nicat. (Bakı Xoreoqafiya Akademiyası, may, 2017)
  5. İlyas Əfəndiyev “Mənim günahım” pyesində Sahib. (Bakı Xoreoqrafiya Akademiyası, may, 2017)
  6. Pyer Bomarşe “Fiqaronun toyu” 2 hissəli komediyasında Bazil. (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, yanvar, 2019, rejissor: Ruslan İsmayılov)
  7. Nikolay Vasilyeviç Qoqol “Qumarbazlar” komediyasında Aleksey. (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, iyun, 2019, rejissor: Ruslan İsmayılov)
  8. Qurban Səidin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Əli və Nino” tamaşasında Arslan ağa. (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, yanvar, 2020, rejissor: Ruslan İsmayılov)

İfa etdiyi rəqslər :

  1. “Azərbaycan suitası” (Quruluşçu baletmeyster Xalq Artisti Yusif Qasımov) (2016, 2017)
  2. “Şəki” rəqsi (Quruluşçu baletmeyster Xalq Artisti Yusif Qasımov) (2015, 2016, 2017)
  3. “Qazağı” rəqsi (Quruluşçu baletmester Xalq Artisti Yusif Qasımov) (2015, 2016, 2017)
  4. “Şoloxo” rəqsi (Quruluşçu baletmeyster Xalq Artisti Yusif Qasımov) (2017)
  5. “Qaytağı” rəqsi (Quruluşçu baleymeyster Xalq Artisti Yusif Qasımov) (2016, 2017)
  6. “Uzundərə” rəqsi (Quruluşçu baletmeyster Xalq Artisti Yusif Qasımov) (2016, 2017)
  7. “Yallı” rəqsi (Quruluşçu baletmeyster Xalq Artisti Yusif Qasımov) (2015, 2016, 2017)
  8. “Tarantella” – İtalyan rəqsi (Quruluşçu xoreoqraf Eteri Cəfərova) (2015, 2016) (iki quruluşda)
  9. “Tarantella” – İtalyan rəqsi (Quruluşçu xoreoqraf Kamilla Əliyeva) (2017)
  10. “Sapadeado” – İspan rəqsi (Quruluşçu xoreoqraf Eteri Cəfərova) (2014, 2015) (iki quruluşda)
  11. “Sapadeado” – İspan rəqsi (Quruluşçu xoreoqraf Kamilla Əliyeva) (2016, 2017)
  12. “Mazurka” – Polşa rəqsi (Quruluşçu xoreoqraf Eteri Cəfərova) (2015)
  13. “Sirtaki” – Yunan rəqsi (Quruluşçu xoreoqraf Ülviyyə Əliyeva) (2013)
  14. “Türk yallısı” (Quruluşçu xoreoqraf Yusif Qasımov) (2016)
  15. “Dəniz” kompozisiyası (Quruluşçu xoreoqraf Yusif Qasımov) (2016)
  16. Rus xalq rəqsi (Quruluşçu xoreoqraf Eteri Cəfərova) (2016)
  17. “Məzəli rəqs” (Musiqi: Brilliant Dadaşovanın “Vokaliz”) (2016, 2017, 2018)

 

Baletmeyster-Xoreoqrafı, plastik həll üzrə quruluşçusu olduğu tamaşalar:

  1. Baletmeyster-Xoreoqraf – Azərbaycan xalq nağılı “Məlikməmməd” (bir hissəli nağıl-tamaşa) Quruluşçu rejissor: Ağaxan Salmanlı; Premyera: 1 İyun 2017; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı;
  2. Baletmeyster-Xoreoqraf – Karlo Qoldoni “Məzəli hadisə” (üç pərdəli komediya) Quruluşçu rejissor: Orxan Həmidli; Premyera: 20 Sentyabr 2021; Şəki Dövlət Dram Teatrı;

 

Quruluş verdiyi rəqslər:

  1. “Məzəli rəqs” (Musiqi: Brilliant Dadaşova “Vokaliz”) (2016)
  2. “Sarı gəlin” (Xalq mahnısı) (2021)
  3. “Şuşa” (Musiqi: K.Kərimova “Şuşa”) (2021)

 

 

Bir cavab yazın