- Digər xəbər və məqalələr

Nəsib Muxtarov yad edildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisi mərhum Nəsib Muxtarovun (1951–2019) anadan olmasının 70-ci ildönümü onun qəbrinin ziyarət edilməsi ilə qeyd edilib.

Arxeoloqun keçmiş  iş yoldaşları, ailə  üzvləri və tanışları oktyabrın 3-də, saat 12 radələrində onun qəbri başına toplaşmışdılar. Burada Nəsib Muxtarovun həyat və fəaliyyəti haqqında söhbətlər edilmiş, onun gördüyü işlərin çox əhəmiyyətli olması vurğulanmışdır.

Məlumat üçün əlavə edək ki, Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olmuş, 25 yanvar 2019-cu il tarixdə – 68 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat etmişdir.

O, 1979-cu ildən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində əvvəl baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru,

1982-ci ildən Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi,

1990-cı ildən isə Azərbaycan SSR EA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya və folklor qrupunun baş elmi işçisi vəzifəsində çalışmışdır.

Aydın Məmmədov

 

Bir cavab yazın