- Digər xəbər və məqalələr

Vüqar İsgəndərov 90 yaşlı həndbol üzrə beynəlxalq dərəcəli hakimin — Çingiz Axundovun, ad gününü təbrik etdi

Dekabrın 17-si həndbol üzrə beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi Çingiz Axundovun 90 yaşı tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov Çingiz Axundova telefonla zəng edərək onu təbrik etmiş, onun problemləri ilə maraqlanmışdır.

Kövrəldi, məni də kövrəltdi bir az, gözəl iş oldu. Belə insanları xatırlamaq lazımdır, belə adi diqqətlə də könlü xoş oldu.

Bunu “İpəkçi”-yə Vüqar İsgəndərovun özü dedi. Həmçinin əlavə etdi ki, bu gün Çingiz Axundovun ad gününün olması barədə xəbərini “Şəki Ensiklopediyası” saytından öyrənmişdir.

Məlumat üçün əlavə edək ki, Vüqar İsgəndərov 2020-ci ildə deputat seçilənədək Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Yubilyar Çingiz Axundov isə 17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuş, 1970 – 2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışmış, 1967-ci ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmişdir. Onun haqqında Azərbaycan Milli Ensiklopediyasının 1-ci cildində məqalə var.

Aydın Məmmədov

Bir cavab yazın