- «ASK» ASC, Şəki ipək kombinatı

Azərbaycan Sənaye Korporasiyasının ötənilki fəaliyyəti müzakirə edilib

Arxadan ikinci cərgə, soldan sağa: Şəki İpək kombinatının baş direktoru Nizami Nəbiyev, kombinatın maliyyə direktoru Müzəffər Umarov, Şəki Şərab zavodunun baş direktoru Vidadi Həsənov, Şəki SES-in baş direktoru Aydın Xəlilov

AZƏRTAC xəbər verir ki, ASC-nin baş direktoru Kamran Nəbizadə Sənaye Korporasiyasının yaranması və fəaliyyəti barədə danışıb. Bildirib ki, hazırda «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisənin fəaliyyət göstərir. Bu günə törəmə müəssisələrinin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir. ASC-nin balansına verilən mülkiyyətin qiymətləndirilmə prosesinin obyektivliyini təmin etmək üçün «Ernst & Young Holdings» və «KPMG Azerbaijan Limited» şirkətləri cəlb olunub: “ASC-nin sərəncamına verilən bu əmlak, fəaliyyətimizin uğurlu startını təmin etmək üçün kifayət qədər maddi baza yaradır. Bizim əsas vəzifəmiz bu aktivlərdən səmərəli surətdə istifadə etməklə onu daha da artırmaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəmizi verməkdir”.

O qeyd edib ki, korporasiyanın nəzdində olan bir çox müəssisələrdə «1C3 Korporasiya» proqramı tətbiq olunur. Bu proqramın tətbiqi biznes proseslərinin düzgün təsvirinə, təhlilinə, təkmilləşdirilməsinə və son nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində ölkə büdcəsinə daxil olan valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcək: «Düşünürəm ki, ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.

Məlumat verilib ki, hesabat dövründə «Azərpambıq» Aqrar Sənaye Kompleksinin, «Azəripək» MMC-nin, «Azəraliminium» MMC-nin, «ASK Şüşə» MMC-nin, «Azərtütün» MMC-nin və bir sıra başqa müəssisələrin yenidən qurulması üçün dövlət tərəfindən vəsait ayrılıb. Kənd təsərrüfatı üçün 9 milyon manatlıq yeni texnika, o cümlədən pambıqyığan kombaynlar, tütünün ilkin emalı üçün 60 qurutma kamerası, ipək istehsalı üçün baramaboğan avadanlıq alınıb. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, «Azərpambıq ASK» MMC üzrə 14 rayonda 29 min hektarda pambıq əkini aparılıb və bu günədək 56 min ton xam pambıq tədarük edilib. ASC pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edir. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etmək planlaşdırılır.

Hazırda «Azərtütün ASK» MMC, «Azərpambıq ASK» MMC və «Azəripək» MMCmüəssisələri üzrə beşillik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir.

Bildirilib ki, bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb. Belə ki, ölkədə tütün sahələrinin təqribən 69 faizində tütün əkilməsi, fermerlərdən tədarük olunan yaş tütünün 55 faizi «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin payına düşür. 226 fermerə 4,3 milyon manat vəsait ödənilib. Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək tam istifadəyə verilib. Hazırda «Azərtütün ASK» MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Növbəti ildə ASC tütünün qurudulması və emalı ilə bağlı texnologiyaların tətbiqi üçün dünyanın qabaqcıl şirkətlərinin iştirak edəcəyi beynəlxalq tenderlər elan etmək niyyətindədir.

K.Nəbizadə deyib ki, korporasiyanın nəzdində olan «Azəripək» MMC-də 2018-ci ildə 513 ton yaş barama tədarük edilib və növbəti ildə bu həcmin ən azı 800 tona çatdırılması gözlənilir. Bu məqsədlə Çindən 2 ədəd barama boğan avadanlığı satın alınıb. Bundan əlavə, MMC-də 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanının inşası, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur.

Baş direktor «ASK Şüşə» MMC barədə məlumat verərək qeyd edib ki, müəssisənin birinci və ikinci istehsal xəttinin işə salınması üzrə işlər aparılır. Bundan sonra zavodun istehsal gücünün ildə 95-100 milyon şüşə taraya çatdırılması gözlənilir.

Sonra «ASK Şəki Şərab» MMC-nin direktoru Vidadi Həsənov, «Azəralüminium» MMC-nin direktoru Maksim Cavadov, «Azərtütün ASK» MMC-nin direktoru Cavid Ağamalıyev təmsil etdikləri qurumların fəaliyyəti barədə hesabatla çıxş edib, əldə olunan uğurlardan danışıblar.

Mənbə: >>

52 thoughts on “Azərbaycan Sənaye Korporasiyasının ötənilki fəaliyyəti müzakirə edilib

  1. Normally I do not learn post on blogs, however I wish to say that this write-up very forced me to take a look at and do it!

    Your writing taste has been amazed me. Thanks, quite great article.

  2. I do agree with all the ideas you’ve offered to your post.
    They’re very convincing and can definitely work. Still, the posts are too short for newbies.
    Could you please extend them a little from next time?

    Thank you for the post.

  3. I do not even know the way I stopped up right here, but I believed this
    submit used to be good. I do not recognize who you are however certainly you’re
    going to a well-known blogger if you happen to aren’t already.
    Cheers!

  4. My developer is trying to convince me to move to .net from PHP.
    I have always disliked the idea because of the
    costs. But he’s tryiong none the less. I’ve been using Movable-type on numerous
    websites for about a year and am anxious about switching to another platform.
    I have heard good things about blogengine.net.

    Is there a way I can transfer all my wordpress posts into it?

    Any kind of help would be greatly appreciated!

  5. Howdy just wanted to give you a quick heads up.
    The text in your content seem to be running off the screen in Opera.
    I’m not sure if this is a formatting issue or something to do with internet browser compatibility but I figured I’d post to let you know.
    The layout look great though! Hope you get the problem fixed soon. Cheers

  6. I don’t know whether it’s just me or if perhaps everybody else encountering
    issues with your site. It appears as if some of
    the written text on your posts are running off the screen. Can someone else please provide feedback and let me know if this is happening to them
    as well? This could be a problem with my internet browser
    because I’ve had this happen before. Thanks 0mniartist asmr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.