Yaxın keçmişdə dünyanın ən böyük toxuculuq sənayesi mərkəzlərindən biri olan Şəki şəhərində indi demək olar ki sənaye iflic vəziyyətindədir. Bu rəsmi statistikalarda aydın görünür. 2017-ci ildə rayonda cəmi 20 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu da son 8 ilin ən aşağı göstəricisidir. 2017-ci ildə sənaye müəssisələrində işləyənlərin orta əmək haqqı cəmi 292 manat olub ki, bu son üç ilin ən aşağı nəticəsi hesab edilə bilər. Sovet dövründə yalnız bir Şəki İpək kombinatı ilə kombinatın Şəki şəhərindəki filiallarında 7 min nəfərə yaxın işçi olduğu halda, 2017-ci ildə bütün Şəki rayonunda cəmi 1715 nəfər sənaye sahəsində çalışıb, bu həm də 2010-cu ildəkindən də azdır.
2017-ci ildə rayonda 27 milyon 556 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bunun 74,6%-i elektrik enerjisinin payına düşür. Yəni istehsal olunmuş elektrik enerjisini nəzərə almasaq, 2017-ci ildə rayonda cəmi 7 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. Daha pisi isə budur ki, bu 7 milyon manatlıq məhsulun 6,1 milyon manatlığı 2017-ci ilin sonuna qədər satılmayıb qalıb. Deməli, 170 min əhalisi olan Şəki rayonunda 2017-ci ildə istehsal edilmiş 7 milyon manatlıq sənaye məhsulundan cəmi 900 min manatlığı satılıb.
Şəki ipək kombinatının 2017-ci il üçün istehsal göstəriciləri də heç də ürəkaçan deyil. Kombinatda 2012-ci ildən sonra ipək xalça istehsalı dayanıb. Pambıq parça istehsalı artsa da, əmtəəliyi yoxdur. Yəni daxili tələbat üçün istehsal edilir, satılmır. İpək parça istehsalı 2010-cu ilə nisbətən 2-3 dəfə azdır və s.
Rayonda son illərdə bərpa edilmiş yalnız bir sənaye sahəsi var, o da 2000-ci ildən sonra 15 il ərzində istehsalına icazə verilməyən papiros və siqaret istehsalıdır.
2010 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | |
Fəaliyyət göstərən müəssisələrin sayı | 24 | 27 | 26 | 26 | 27 | 31 | 20 |
Sənaye məhsulu (müvafiq ilin qüvvədə olan qiymətlər ilə) min manat | 13868 | 25249 | 22236 | 20938 | 18582 | 22622 | 27556 |
Sənaye məhsulunda qeyri-dövlət sektorunun xüsusi çəkisi faizlə | 37,9 | 29,2 | 24,5 | 28,3 | 21,7 | 24,2 | 25,4 |
İstehsal edilmiş hazır məhsulun ilin axırına qalığı, min manat | 5063 | 8763 | 7247 | 6187 | 6433 | 6432 | 6100 |
İşçilərin orta siyahı sayı – cəmi, nəfər | 1996 | 1875 | 1921 | 1666 | 1395 | 1682 | 1715 |
İşçilərin orta aylıq əməkhaqqı, manat | 181,6 | 285,1 | 315,0 | 245,8 | 299,4 | 300,5 | 292 |
Papiros və siqaretlər, mlyn. ədəd | – | – | – | – | – | 4,5 | 11 |
İpək parça, min kv.m | 735,8 | 660,5 | 602,4 | 185 | 272,4 | 221,6 | 274,5 |
İpək parça, əmtəəlik, min kv.m | 164,5 | 31,3 | 12,5 | – | 79,5 | – | 92,5 |
Hazır pambıq parçalar, min kv.m | 6,9 | 114,5 | 234,7 | 84,4 | – | 57,5 | 200,6 |
Hazır pambıq parçalar, əmtəəlik, min kv.m | 6,9 | 69,8 | 94,6 | 84,4 | – | – | – |
Xam ipək, ton | 51,8 | 2,1 | – | – | – | 9,0 | 25,7 |
Xam ipək, əmtəəlik, ton | 12,2 | 2,1 | – | – | – | – | – |
İpək xalça, kv.m | 127 | 314 | |||||
Elektrik enerjisi, mlyn. kVt-saat | 172,2 | 313,9 | 317,1 | 278,4 | 274,9 | 231,4 | 219,1 |
Elektrik enerjisi, əmtəəlik, mlyn. kVt-saat | 166,6 | 306,5 | 310,2 | 271,9 | 268,3 | 226,7 | 217,6 |
Aydın Məmmədov
Este site é realmente fantástico. Sempre que acesso eu encontro coisas incríveis Você também pode acessar o nosso site e saber mais detalhes! conteúdo único. Venha descobrir mais agora! 🙂
I have been examinating out a few of your posts and i must say pretty nice stuff. I will definitely bookmark your blog.
Good post. I learn something more challenging on different blogs everyday. It is going to all the time be stimulating to learn content from other writers and practice a bit something from their store. I抎 prefer to use some with the content material on my weblog whether or not you don抰 mind. Natually I抣l offer you a hyperlink in your net blog. Thanks for sharing.
I抦 impressed, I must say. Actually hardly ever do I encounter a weblog that抯 both educative and entertaining, and let me tell you, you have hit the nail on the head. Your thought is outstanding; the issue is one thing that not enough individuals are talking intelligently about. I am very comfortable that I stumbled throughout this in my seek for one thing regarding this.
Can I just say what a aid to search out someone who truly knows what theyre talking about on the internet. You positively know how you can deliver an issue to light and make it important. More folks have to learn this and understand this aspect of the story. I cant believe youre not more widespread because you positively have the gift.
There may be noticeably a bundle to know about this. I assume you made sure nice factors in features also.
you may have a terrific weblog here! would you wish to make some invite posts on my blog?