- Şəki ipək kombinatı

“Azəripək” MMC 2019-cu ilin fevral-mart aylarında məhsulunu heç eksport etməyib

“Azəripək” MMC 2019-cu ilin birinci rübü üçün Azərbaycanın dövlətə məxsus şirkətləri arasında qeyri-neft sektoru üzrə məhsulunu ən çox eksport etmiş 10 şirkətdən biridir, – bu, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aid “İxrac icmalı” jurnalının son sayında göstərilib. “Azəripək” MMC-nin 3 aylıq eksportunun isə cəmi 135 min ABŞ dolları dəyərində olduğu qeyd edilib.

“İxrac icmalı” jurnalının daha əvvəlki, yanvar ayı üçün sayında “Azəripək” MMC-nin 135 min ABŞ dolları dəyərində eksport etdiyi göstərildiyindən, asanlıqla başa düşmək olur ki, “Azəripək” MMC fevral-mart aylarında məhsulunu ümumiyyətlə heç eksport etməyib.

Yeri gəlmişkən əlavə edək ki, “İxrac icmalı” yanvar ayı üçün təqdim etdiyi qeyri-neft sektoru üzrə ən çox eksport əməliyyatlarında iştirak etmiş dövlətə məxsus şirkətlərin siyahısında 10 əvəzinə cəmi 8 şirkətin adını göstərə bilmişdi. Belə çıxır ki yanvar ayı üçün qeyri-neft sektoru üzrə eksport əməliyyatlarında iştirak etmiş dövlətə məxsus şirkətlərin sayı da elə cəmi 8 olub. Həmin siyahıda “Azəripək” MMC 7-ci idi.

Məlumat üçün əlavə edək ki, “Azəripək” MMC-nin istehsal etdiyi məhsulun əhəmiyyətli hissəsini xam ipək təşkil edir. Azərbaycanda xam ipəkdən istifadə edən ikinci bir müəssisə olmadığından və Şəki ipək kombinatının toxucu istehsalatında da cəmi 15-20 nəfər işlədiyindən (2018-ci ilin əvvəli üçün 129 nəfər işləmişdi) xam ipəyin eksport edilməsinə ehtiyac yaranır. Əks-təqdirdə işçilərin maaşlarının vaxtlı-vaxtında verilməsində problemlər yarana bilər və yaranır da.

Xam ipəklə yanaşı “Azəripək” MMC pambıq iplik də istehsal edirdi. Lakin xammal, yəni mahlıc ehtiyatının kifayət qədər olmasına baxmayaraq bu il martın 6-dan etibarən pambıqəyirici sexin fəaliyyəti dayandırılıb və sexin bütün işçiləri öz hesablarına məzuniyyətə göndəriliblər.

Aydın Məmmədov

219 thoughts on ““Azəripək” MMC 2019-cu ilin fevral-mart aylarında məhsulunu heç eksport etməyib

  1. Does your website have a contact page? I’m having problems locating it but, I’d like to send you an e-mail.
    I’ve got some ideas for your blog you might be interested in hearing.
    Either way, great site and I look forward to seeing it grow over time.
    ps4 games allenferguson ps4 games

  2. Oh my goodness! Awesome article dude! Thanks, However I am having issues with your RSS.
    I don’t know why I cannot subscribe to it. Is there anybody else getting identical
    RSS problems? Anyone that knows the answer will you kindly respond?
    Thanks!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.