- İpəkçilik

Şəmkirdə kümçülər arasında gənc ailələrin sayı artıb

Şəmkir rayonuna bu il 450 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən sakinlərə paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Şəmkirdə barama bəsləmək istəyənlər arasında gənc ailələrin sayı daha çoxdur.

Bu vaxta qədər 36 yaşayış məntəqəsi üzrə kümçülərə paylanılan ipəkqurdunun rayonda baramaçılığın inkişafına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

Rayonun Sarıtəpə kənd sakini Rahilə Xaşimova bildirib ki, bu sahədə onların da təcrübəsi var. “Eşidəndə ki, ipəkqurdu paylanılır, tərəddüd etmədən götürdük. Ötən il barama bəsləyib iki ədəd inək aldım, bu il isə baramaçılıqdan qazandığım pulla mal-qaramın sayını artıracağam”, – deyə kümçü bildirib.

Rauf Hacıyev

Mənbə: >>

9 thoughts on “Şəmkirdə kümçülər arasında gənc ailələrin sayı artıb

  1. Nice read, I just passed this onto a friend who was doing some research on that. And he actually bought me lunch since I found it for him smile Therefore let me rephrase that: Thank you for lunch! “No one can wear a mask for very long.” by Seneca.

Comments are closed.