- İpəkçilik, Şəki ipək kombinatı

İpəkçilik bu gün Azərbaycanda və Özbəkistanda

Azərbaycanda barama mövsümü təzəlikcə başlayıb, ilk məhsul iyun ayınında əldə ediləcəkdir; 800 ton yaş barama götürüləcəyi planlaşdırılıb. Özbəkistanda isə bu gün Surxandərya vilayətində barama tədarükü artıq başlayıb.

İpəkçilik sənayesinə gəldikdə isə bu ildən Şəki ipək kombinatının boyaq-bəzək istehsalatı ləğv olunub, binası anbara çevirilib. Qərara alınıb ki, kombinat bundan sonra yalnız xam mal istehsal etsin, hazır parça istehsal etməsin. Məlumat üçün əlavə edək ki, bu istehsalat ötən əsrin 70-ci illərində, beşilliyin ən möhtəşəm tikintilərindən biri olaraq istifadəyə verilmişdi. Özbəkistanda isə vəziyyət xeyli fərqlidir. Özbək mediası bu gün üçün yazır ki,

“Özbekipəksənaət” assosiasiyası ilə Özbəkistan Respublikasının Yaponiyadakı səfirliyinin həmkarlığı çərçivəsində “Surxan ipəgi” müəssisəsinin rəhbəri Bekzad Səitkuloviç Turəbayevin başçılığı altında heyət Yaponiyada işgüzar səfərdədir.

Səfərdən gözlənilən məqsəd Surxandərya vilayətində yapon investiyasının yardımı ilə ipək parçalar və ipək paltarlar istehsal edən müəssisənin təşkil edilməsindən ibarətdir.

Bu gün səfirlikdə Yaponiyanın nüfuzlu dizaynerlərindən biri cənab Şibasaki ilə görüş oldu.

Müəssisə təşkil ediləndən sonra özbək ipəyindən yapon bazarına yapon dizaynerləri tərəfindən hazırlanan ipək parçalar və paltarlar çıxarılacaqdır.

Səfər zamanı keyfiyyətli paltarlar tükmək üçün keyfiyyətli tikiş maşınları istehsalı ilə dünyada məşhur olan “JUKI” kompaniyası ilə də müzakirələr aparılması planlaşdırılır.

Aydın Məmmədov


182 thoughts on “İpəkçilik bu gün Azərbaycanda və Özbəkistanda

  1. Just wish to say your article is as astonishing.

    The clearness to your post is simply excellent and i can think
    you’re a professional in this subject. Well with your permission allow me to seize your
    feed to stay updated with imminent post. Thank you one million and please
    carry on the rewarding work.

Comments are closed.