- «ASK» ASC

Şəkidən Barselonaya ayda 100 min şüşə şərab göndəriləcək

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdindəki “ASK Şəki Şərab” zavodu yaxın aylarda Rusiyaya məhsullarının ilk partiyasını tədarük edəcək.

Bu barədə AZƏRTAC-a ASC-nin baş direktoru Kamran Nəbizadə söyləyib.

K.Nəbizadə deyib: “Zavod belaruslu tərəfdaşlarla da danışıqlar aparır və ilin sonunadək məhsullarımız həmin ölkənin də bazarına çıxarılacaq. Zavod Belçika, Çin və Qazaxıstana da şərab ixracını təşkil etməyi nəzərdə tutur. İstehsal olunan şərabların nümunələri artıq bu ölkələrə göndərilib və yüksək qiymətləndirilib. Yaxın gələcəkdə həmin ölkələrin şirkətləri ilə müqavilələrin bağlanılması planlaşdırılır. Həmçinin bu günlərdə zavodun məhsullarının qədim şərabçılıq ənənələri olan İspaniyaya tədarük olunması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Barselonaya ayda 100 min şüşə şərab göndərilməsi nəzərdə tutulur”.

Bakı, 8 noyabr, AZƏRTAC

160 thoughts on “Şəkidən Barselonaya ayda 100 min şüşə şərab göndəriləcək

  1. Hey very cool website!! Man .. Excellent .. Amazing .. I will bookmark your website and take the feeds also…I am happy to find numerous useful information here in the post, we need work out more strategies in this regard, thanks for sharing. . . . . .

click here üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.