- Digər xəbər və məqalələr

114-dən seçilməmiş daha bir namizəd şikayətçi olduğunu iddia edir

114 saylı Şəki Kənd Birinci Seçki Dairəsindən Real partiyasının üzvü – “Real Cümhuriyyətçilər İttifaqından namizədliyi irəli sürülmüş Mete Türksoy, fevralın 19-da Meydan.tv-yə danışmışdı ki, DSK-nın qərarı ilə razı deyil, şikayətçidir. Bu gün isə “İpəkçi”yə bildirdi ki, şikayətçi olmaqda qalır, lakin Meydan.tv onun dediklərini xeyli dəyişdirib. Ardınca məlumat verdi ki, Baş Göynük kəndində – 16 saylı məntəqədə, gün ərzində 195 nəfər seçici gəlmişdisə, yekunda 495 seçicinin gəldiyi göstərilib. Qutunu açan zaman bülletenləri dağıdıb, hazır əlavə bülletenləri qatırdılar. Nəticədə Əli Məsimli 326 səslə qalib elan edildi.  Baş Göynüyün digər məntəqələrində, Oxutda, Baş Layısqıda və Şin kəndində də eyni hadisə baş verib. Kiçik Dəhnədə 33 və 36 saylı məntəqələr var, hansı ki, ikisi də bir məktəbin içindədir, 33 saylı məntəqədə, məntəqə sədri ilə mən söhbət etmişəm, dedi ki, “yuxarıdan mənə desələr saxtakarlıq elə, eləyəcəm, eləmə desələr, eləməyəcəm. Sən mənim oğlum yerindəsən, istəyərəm ki sən seçiləsən, amma mənə nə desələr onu da eləməyə məcburam. Əgər mən eləməsəm, DSK-da edəcəklər”. 36 saylı məntəqədə isə Aydın adlı şəxs var, barmaq yoxlaması aparmalı idi, “karusel” əməliyyatı üçün şərait yaratmaq istəyirdi, orada mübahisə düşdü, o, axırda dedi ki, “bilirsən, bu yaxşı iş deyil, mən də bilirəm, 70 yaşım var, bələdiyyə seçkilərində biz qol çəkmək istəmirdik, DSK-ya apardılar, orada bir nəfər vardı, ağzı-burnu qan içində idi, mənə dedilər ki, sən də bunun kimi olmaq istəmirsənsə qol çək, mən də çəkdim, sağ olsunlar, ağsaqqal adamam, məni döymədilər“. Bunun videosu var məndə, MSK-ya təqdim etmişəm. Orada bələdiyyə sədri vardı, Kiçik Dəhnənin bələdiyyə sədri, dedi ki bizim kvotamız var, tələb olunan qədər seçici səs verməyib, icazə ver hərəyə 20 səs yazaq. Mən razılaşmadım, bildirdim ki, mənə səs yazmaq lazım deyil və əgər siz kiməsə səs yazsanız, şikayətimdə bunu da qeyd edəcəyəm.

Comments are closed.