Mayın 24-də Gənclər və İdman naziri Fərid Qayıbov “Azəripək” MMC-nin sabiq direktoru Zaur Yaqubovu Su İdmanı Sarayına direktor təyin edib. Zaur Yaqubov 2 ildən bir qədər artıq müddət ərzində “Azəripək” MMC-nin direktoru vəzifəsini tutmuş, lakın 11 may tarixdə həmin vəzifəsindən azad edilmişdi (həmin vaxtdan direktor vəzifəsini icra etmək Səməd Nəbiyevə həvalə olunub).