O, 7 iyun 1961-ci il tarixdə Sumqayıtda, ziyalı ailəsində anadan olub.
1984-cü ildə Moskva Energetika İnstitutunu,
1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasını bitirib.
2019-ci ilədək energetika, maşınqayırma, elektrotexnika və s. istehsalat sahələrində mühəndis, baş energetik, direktor və digər vəzifələrdə, o cümlədən dövlət və özəl qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019 – 2021-ci illərdə “ASK Şüşə” MMC-də çalışıb; o cümlədən,
2021-ci ilin iyun ayınadək istehsalat üzrə direktor müavini,
2021-ci ilin dekabr ayınadək isə baş icraçı direktor olub.
11 may 2022-ci il tarixdən isə “Azəripək” MMC-nin istehsalat üzrə direktor müavini və direktor əvəzidir.